Azərbaycanda hər 100 min nəfərə 236 məhkum düşür

Foto arxiv

Azərbaycanda hər 100 min nəfərə 236 məhkum düşür.

Avropa Şurasının martın 20-də 2016-cı il üçün açıqladığı illik hesabatda belə deyilir.

25 MİN 509 MƏHBUSLUQ YER

Məhbusların sıxlığına görə isə Azərbaycanda 100 nəfərlik yerə 89,9 məhbus düşür.

Əhalisi təxminən 3 milyon olan Ermənistanda isə hər 100 min nəfərə 103,3, təxminən 3 milyon 800 min nəfərlik Gürcüstanda isə hər 100 min nəfərə 256,3 məhbus düşür.

Hesabata görə, Azərbaycan həbsxanalarında 25 min 509 məhbusluq yer var və bunlardan 22 min 858-si doludur (2016-cı il).

Əhalisi 10 milyona yaxın Azərbaycanda, az qala, 23 minədək məhbus var. Əhalisi 11 milyon nəfər olan Belçikada bu rəqəm 11 mindir. Gürcüstanda məhbusların sayı 8321, Ermənistanda 3899-dur.

Azərbaycanda əhalinin hər 100 min nəfərinin oğurluğa görə məhbus ediləni 38,5 nəfərdir. Gürcüstanda bu rəqəm 231-dir.

Narkotiklərə görə Azərbaycanda əhalinin hər 100 min nəfərindən 50, 9-u, Gürcüstanda isə 88.3-ü məhbusdur.

Hər məhbusa görə xərclənən gündəlik pul Azərbaycanda 12 avro, Norveçdə 344 avro, Türkiyədə 21 avro, İsveçdə 359 avrodur.

Hesabatda xüsusi qeyd olunur ki, Azərbaycanda həbsxanadankənar sınaq müəssisələri sistemi yoxdur.

DİGƏR ÖLKƏLƏR

Məhkumların sığxlığına görə isə Ermənistanda 100 nəfərlik yerə 72, Gürcüstanbda isə 75,2 nəfər düşür.

Bu sahədə ən pis göstərici Makedoniyadadır-100 nəfərlik yerə 132 məhbus.

Macarıstanda bu göstərici 132, Kiprdə 127,Belçikada 120,Fransada 117,Portuqaliyada 109,İtaliyada 109,Serbiyada 109, Albaniyada 108, Çexiyada 108, Rumınyada 106, Türkiyədə isə 103 nəfərdir.

Hesabatda ümumilikdə Avropa həbsxanalarında vəziyyətin pisləşdiyi, həbsxanaların dolduğu bildirilir.

Hesabata görə, 2015-2016-cı illərdə ümumilikdə hər 100 min nəfərə düşən məhbus sayı 115,7 nəfərdən 117,1-nəfərə qalxıb.

Həbslərin ən çox artdığı ölkələr Bolqarıstan (10,8%),Türkiyə. (9,5%), Çexiya (7,6%),Serbiya (6,6) və Danimarkadır (5,5).

İslandiya, Şimali İrlandiya, Litva,Belçika və Gürcüstanda isə həbslərin sayı azalıb.

Bu araşdırma 47 Avropa Şurası ölkəsindəki həbsxanaları əhatə edir.