Azərbaycanda ölüm halları artmaqda davam edir 

Azərbaycan Statistika Komitəsi, arxiv foto

Bu ilin yanvar-may aylarında Azərbaycanda 47 min 156 körpə doğulduğu bildirilir.

Dövlət Statistika Komitəsindən məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə qalıb (11,4).

Aşıqlamaya görə, doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1180-i əkiz, 30-u isə üçəmdir.

Komitənin məlumatına görə, beş ay ərzində ölkədə 31 min 849 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil edib.

Amma ölüm sayında artım var.Komitə ötən il bildirmişdi ki, 6 ayərzində cəmi 31016 (Bu ilin 5 ayından az ) ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.

Dövlət Statistika Komitəsindən məlumatına görə, 2020-ci ildə də 2019-cu illə müqayisədə ölüm halları kəskin artmışdı.

Onda bu koronavirus pandemiyası və 44 günlük İkinci Qarbağ müharibəsi ilə izah edilirdi. Ölüm hallarının artması ilə bağlı son statistikaya aid, hələlik, rəsmi izahat yoxdur.