Azərbaycanda yeni qurum yaradılıb

İlham Əliyev, 2017

İyulun 4-də Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında fərman imzalayıb.

Qurum əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə yaradılıb.

Prezident yeni qurumun yaradılması ilə bağlı Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıqlar verib.