Azərbaycanda yanvarın 19-da zəlzələ olub. Bu barədə ölkənin Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumatda saat 22:05-də qeydə alınan zəlzələnin 5 maqnitudada olduğu bildirilir.
Amma Seysmoloji Xidmət Mərkəzi daha sonra bildirib ki, zəlzələ episentrdə - Saatlı-Sabirabadda 4 bala qədər hiss olunub.
Hələlik, dağıntı və tələfat haqqında məlumat verilmir.
Ayrı-ayrı sosial şəbəkə istifadəçilərinin yazmasına görə, təkanlar Mərkəzi Aran və cənub zonasında daha çox hiss olunub.
FHN: Dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) isə bildirib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə onlara, hələlik, məlumat daxil olmayıb.
Məlumatda zəlzələnin Saatlı, Şirvan ərazisində, 53 km dərinlikdə 5 maqnituda qeydə alındığı vurğulanır:
“Zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub.”