Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iyunun 13-də Ağdam şəhərində olublar.
AZƏRTAC xəbər verir ki, diplomatlar şəhərin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların, o cümlədən Ağdam Dram Teatrının qalıqlarına baxıblar. Qeyd olunub ki, teatr binasının qalıqları gələcəkdə açıq səma altında muzeydə saxlanılacaq.
Onlara işğal zamanı şəhərin maddi-mədəni irsinə vurulan ziyan haqda məlumat verildiyi deyilir.