Cəbhə xəttində Azərbaycan hərbçisi həlak olub

Azərbaycan əsgəri, arxiv foto

Fevralın 15-də Azərbaycanın hərbi qulluqçusu həlak olub. Bu barədə Müdafiə Naziriyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib və açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu həlak olub.

Nazirliik hərbi qulluqçunun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

"Cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür" deyə nazirliyin məlumatında deyilir.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbə-üz dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib.Həmin il aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların yenidən dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər tez-tez bir-birini atəşkəsin pozulmasında ittiham edirlər. Cəbhə bölgəsindən hər iki tərfə bəzən belə qara xəbərlər də gəlir.