Ermənistanın müdafiə nazirliyi Azərbaycan-Ermənistan sərhədinin Erasx məntəqəsi istiqamətində vəziyyətin sabitləşdiyini bildirir.
Nazirliyin avqustun 6-ı, axşam saat 18:00 radələrində verdiyi məlumata görə, qarşı tərəfdən açılmış atəş nəticəsində aralıq zonada baş verən yanğın söndürlülüb.
Ermənistan tərəfi hərbçilər arasında itki olmadığını bildirir.
Qeyd edək ki, Ermənistan tərəfi avqustun 6-ı saat 12 radələrində, Azərbaycan hərbçilərinin Ermənistan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutması barədə məlumat yaymışdı.
Oz növbəsində Azərbaycanın müdafdiə nazirliyi, avqustun 6-da Naxçıvan istiqamətindəki mövqelərinin atəşə tutulduğunu bildirib.
Məlumata görə, avqustun 6-sı saat 12:45 radələrindən başlayaraq, Ermənistan tərəfi, Azərbaycan ordusunun Naxçıvanın Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atəşə tutub.
Məlumatda, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan olmadığı və qarşı tərəfə cavab verildiyi bildirilir.