Azərbaycan neftinin qiyməti artıb 

Neft buruğu

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.87 ABŞ dolları və ya 1.15% artaraq 76.59 dollar olub.

"Azeri Light" neftinin bir barelinin qiyməti keçən ilin aprelində minimuma enərək 15.81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olub.

Ötən il neftin ucuzlaşması, əsasən, koronavirus pandemiyası və istehsalçı ölkələr arasında bazardakı tənzimlənmə ilə bağlı razılığın əldə edilməməsi ilə izah olunurdu.