Pakistanlı marşal Azərbaycana gəlir

Müdafiə Nazirliyi

Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse-marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 15-də Azərbaycana səfər edəcək.

Bu barədə Müdafiə Nazirliyi xəbər verir.

Səfər çərçivəsində Azərbaycan və Pakistan HHQ arasında əlaqələrin inkişaf etdirilməsi yönündə müzakirələrin aparılması, əməkdaşlığın müxtəlif sahələrinə dair təqdimatlar veriləcəyi bildirilir.

Azərbaycan Silahlı Qüvvələri Pakistan istehsalı olan hərbi təyyarələrdən istifadə edir.

Ötən həftə isə Pakistanın Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlmişdi.