Azərbaycanın rəqibləri bəlli oldu

2022-ci il Futbol Dünya Çempionatının keçiriləcəyi Qatar stadionlarından biri

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Final mərhələsində vəsiqələr uğrunda mübarizəyə başlayacaq 55 komanda 10 qrupa bölünüb.

Bu qrupların beşində 5, qalan beşində isə 6 komanda yer alıb. 2021-ci ildə baş tutacaq seçmə mərhələdə qrup qalibi olan 10 komanda mundiala birbaşa vəsiqə qazanacaq. İkinci yerin sahibi olan 10 komanda isə Millətlər Liqasından gələcək 2 yığma ilə pley-offda son üç vəsiqə üçün mübarizə aparacaq.

Püşkatmaya 5-ci səbətdə qatılan Azərbaycan millisinin də seçmə mərhələdəki rəqibləri müəyyənləşib. Azərbaycan yığması A qrupunda yer alıb.

Azərbaycan yığmasının qrupunda 5 komanda mübarizə aparacaq. Bunlar Azərbaycandan başqa Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq yığmalarıdır.

Dünya çempionatında ümumilikdə 32 komanda çıxış edəcək.

Bundan öncə, 2018-ci ildə futbol üzrə dünya çempionatı (4 ildən bir gerçəkləşir) Rusiyada keçirilmişdi. Çempion Fransa yığması olmuşdu.