Azərbaycanda 2 nəfər koronavirus ehtimalı ilə xəstəxanaya yerləşdirilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Çinindən gələn azərbaycanlı tələbələr həkim nəzarətindədirlər

İki nəfər koronavirus ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Bunu Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata görə, onlardan biri Çin vətəndaşıdır. O, sonuncu dəfə yanvarın 19-da Çində olub.

«Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-də evə buraxılması gözlənilir», - nazirlikdən deyilir.

Xəstəxanaya yerləşdirilən ikinci şəxsin Azərbaycan vətəndaşı olduğu, Çində təhsil aldığı bildirilir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Çində yaşayan azərbaycanlı AzadlıqRadiosuna danışır

«O, Bakıya yanvarın 28-də gəlib. Heç bir şikayəti yoxdur. Amma buna baxmayaraq, inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq», - Səhiyyə Nazirliyindən məlumatda qeyd olunur.

Nazirlikdən deyilib ki, bundan öncə xüsusi tibb müəssisəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır, karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar.

Çində yeni koronavirusun yayıldığı açıqlanıb. Bu ölkədə 170 nəfərin həyatına son qoymuş virusun yayılmasının qarşısını almağa çalışırlar.