7 nəfərə general rütbəsi verilib

arxiv foto

Prezident İlham Əliyev Silahlı Qüvvələr günü öncəsində Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi ilə əlaqədar sərəncam imzalayıb.

Bu gün, iyunun 25-də imzalanan sərəncama əsasən, 7 nəfərə “general-mayor” hərbi rütbəsi verilib.

Həmin rütbəni alanlar polkovniklər Fazil Ağalarov, Məmməd Eminov, Elçin Xəlilov, Rauf İsmayılov, Namiq Poladov, Mübariz Rzayev və Niyaməddin Tağıyevdir.

Bundan başqa, sərəncamla general-mayor Ayaz Həsənova “general-leytenant” hərbi rütbəsi verilib.

Azərbaycanda hər il iyunun 26-sı Silahlı Qüvvələrin yaranma tarixi kimi qeyd edilir.Həmin gün Azərbaycan prezidentinin 1998-ci il mayın 22-də verdiyi fərmanına əsasən, keçirilir.

Azərbaycan Milli Ordusunun yaradılmasına Xalq Cümhuriyyəti dövründə başlanıb. 1918-ci il iyunun 26-da Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb.
Xalq Cümhürriyyəti 1918-ci il mayın 28-də yaradılıb.1920-ci il aprelin 27-də Rusiyanın hərbi müdaxiləsi nəticəsində müstəqilliyini itirib. Azərbaycan müstəqilliyini birdə 1991-ci ildə əldə edib.