AŞPA-da nümayəndə heyətinin yeni tərkibi

AŞPA

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Məlumata görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov (sədr), Erkin Qədirli, Fazil Mustafa, Tural Gəncəliyev, Könül Nurullayeva, Rafael Hüseynov, Asim Mollazadə, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai və Sabir Hacıyev daxildir.

Yeni tərkibin siyahısı AŞPA-ya göndərilib. Yeni tərkibdə sədr və bəzi üzvlər bundan əvvəlki tərkibdə də yer almışdılar. Azərbaycanda son parlament seçkiləri bu il fevralın 9-da keçirilib.

Xatırlatma

Azərbaycan 2001-ci ildən Avropa Şurasının (AŞ) üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan üzərinə bir sıra öhdəliklər götürüb. Bura azad seçkilər, insan haqları və başqa məsələlər daxildir. Azərbaycan hələ də bu qurumun monitorinqi altındadır.