Bakı metrosu test rejimində fəaliyyət göstərəcək

Bakı metrosu, "Azadlıq Prospekti" stansiyası 30 dekabr 2009

Nəqliyyat, Rabitə və Yüksək Texnoloyiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və “ Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyəti birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, iyulun 3-də “Azərbaycan” İstilik Elektrik Stansiyası-nda baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb:

“Nəticədə iyulun 3-ü axşam saat 19 radələrində Bakı Metropoliteninin stansiyalarında qatarların hərəkəti dayanıb. Dərhal metro stansiyalarından və tunellərdən sərnişinlərin təxliyyəsinə başlanılıb. Proses qısa vaxtda uğurla başa çatdırılıb. Qəfil artan sərnişin sıxlığının aradan qaldırılması, əhalinin rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi zəruri tədbirlərin icrasına başlayıb”

Məlumatda vurğulanır ki, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən paytaxt ərazisindəki bütün daimi marşrut xətlərinin fəaliyyəti xüsusi rejimə keçirilib və sərnişinlərin ödənişsiz daşınmasına başlanılıb: “Görülən təcili və təxirə salınmaz tədbirlər sayəsində qısa vaxtda metro stansiyaları ətrafında yaranan sərnişin sıxlığı aradan qaldırılıb. Həmçinin Sumqayıt şəhərinə gedən sərnişinlərin daşınması məqsədi ilə “20 Yanvar” dairəsindən birbaşa marşrut xətti təşkil edilib”

Məlumatda habelə vurğulanır ki, qatarların hərəkətini təmin etmək məqsədi ilə elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından Bakı Metropoliteni test rejimində fəaliyyət göstərəcək:

“ Bunu nəzərə alaraq iyulun 4-də paytaxt ərazisindəki bütün daimi marşrut xətləri xüsusi rejimdə fəaliyyətini davam etdirəcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək. Səhər saatlarında sərnişindaşıma tədbirlərində fasiləsizliyin təmin edilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin iştirakı ilə toplantı keçirilib”

Xatırlatma

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektirik Stansiyasında 1-ci və 6-cı enerji blokunda partlayış baş verdiyi bildirilirdi. Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı. Yalnız iyulun 3-u səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı.

Ancaq iyulun 3-ü saat təqribən 18-45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik kəsilib. Bakı metrosunda tuneldə qalan insanlar təxliyə edilib. Yalnız gecə saatlarında Bakıda və işıqların söndüyü bölgələrdə elektirikin böyük ölçüdə bərpa edildiyi açıqlanıb.
Rəsmi açıqlamada vurğulandı ki, ilkin ehtimala görə, qəzaya səbəb Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma olub.