Fəvvarələr meydanında 'Azad seçki' şüarı səsləndirilib [video] [yenilənib]

Sizin brauzer HTML5-i dəstəkləmir

Fəvvarələr meydanında etiraz aksiyasına cəhd

Fəvvarələr meydanında saxlananların hamısı buraxılıb

Gələcək Azərbaycan Partiyasının fəallarının dünən, martın 10-da Bakının Fəvvarələr meydanında keçirilən aksiyasında saxlananların hamısının buraxıldığı deyilir.

Bu barədə AzadlıqRadiosu-na həmin partiyanın sədri Ağasif Şakiroğlu məlumat verib.

Martın 10-da bir qrup fəal Fəvvarələr meydanında “Azad seçki” şüarı ilə etiraz aksiyasına cəhd göstərmişdi. Onlardan bəzilərinin saxlandığı deyilirdi.

Ağasif Şakiroğlu bildirmişdi ki, onlardan bəziləri buraxılsa da 5-i Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində qalıb.

O, sonradan gecə saatlarında bütün saxlananların sərbəst buraxıldığını deyib.

* * *

Bu gün, martın 10-da Gələcək Azərbaycan Partiyasının bir qrup gənc fəalı Bakının Fəvvarələr meydanında “Azad seçki” şüarı ilə etiraz aksiyası keçirməyə cəhd göstərib.

Aksiya zamanı saxlananların olduğu bildirilir.

Partiyanın sədri Ağasif Şakiroğlunun Azadlıq Radiosuna bildirməsinə görə, aksiyada 10-dan çox fəal saxlanıb.

A.Şakiroğlu axşam saatlarında isə deyib ki, saxlananlardan bəziləri buraxılsa da 5-i hələ də, Səabail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindədir.

“Görünür, onlara inzibati həbs vermək istəyirlər”, deyə A.Şakiroğlu vurğulayıb.

Ancaq bu deyilənləri, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Ağasif Şakiroğlu habelə bildirib ki, onlar prezident seçkilərinin 6 ay irəli çəkilməsinə və prezidentlik müddətinin 5 ildən 7 ilə artırılmasına etiraz edirlər.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, 15-ə yaxın şəxs namizədliyini irəli sürüb.Omnlardan, hələılik, 7-nin namizədliyi qeydiyyata alınıb

Bir sıra müxalif qüvvələri isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Hakimiyyət təmsilçiləri prezident seçkisinin 6 ay önə çəkilməsini bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir sıra tədbirlərin və beynəlxalq əhəmiyyətli toplantıların keçiriləcəyi ilə izah edib

Dövlət başçısı İ.Əliyev də son çıxışlarının birində qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə əmin olduğunu bildirib.

Buna da bax: Milli Şura və Müsavat Bakıda mitinq keçirdi