BNA Bakı İcra Hakimiyyətinə verilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Avtobuslarda basabas nə vaxt bitəcək? (Video arxiv)

Fevralın 7-də Prezident İlham Əliyev "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərman imzalayıb.

Fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.

Habelə, fərmanla BNA-nın tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC Azərbaycan Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

Xatırlatma

Prezidentin 2015-ci il dekabrın 21-də imzaladığı fərman ilə Azərbaycan Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb. Bir il sonra isə dövlət başçısının başqa bir fərmanı ilə BNA əsasında "Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxs yaradılmışdı.