Bakı-Qazax yolunu su basıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Oktyabrın 15-də Kür-Bakı su kəmərinin Qaradağ ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində Bakı-Qazax yolunun bir hissəsi və ətraf əraziləri su basıb. Qəzanın gecə saatlarında baş verdiyi bildirilir. Yaranmış vəziyyət nəqliyyatın hərəkətində müəyyən müddətdə çətinliklər yaradıb.