Expert: ‘Bakı bu gün sürüşür…sabah çökə bilər’

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda yeni aksiya: Əsgər müavinətləri niyə verilmir?

Baş nazirin müavini Hacıbala Abutalıbov deyir ki, Badamdar şosesində sürüşmə ərazisi aktivdir. Ərazidə Yaponiyadan dəvət olunmuş eskpertlər araşdırma aparırlar.

Landşaftşünas Şəbnəm Karslı isə deyir ki, Azərbaycanda kifayət qədər ekspert, mütəxəssis var. Hətta onlar 2015-ci ildə ovaxtkı baş nazir Artur Rasizadənin sərəncamı ilə Bakının yeraltı qrunt sularının da xəritəsini hazırlayıb, hökumətə tədqim ediblər. Amma paxtaxtda inşaat işləri aparılarkən, bu işlərə rəy verilərkən, ekspertlərin xəbərdarlığını nəzərə alan olmayıb:

“2015-ci ildə hazırlanan bu xəritəyə baxanda biz başa düşürdük ki, qrunt suları hansı istiqamətdə axır. 2016-cı ildən bugünəcən müxtəlif sürüşmə zonalarında işlər gedir. Hələ də qrunt sularının istiqaməti dəyişdirilir. Mən özüm şahidi olmuşam ki, bir binanın bünövrəsi tökülən zaman qrunt suları nasosla sorulur. Artıq alimlərin də işi çətinləşir, mütəxəssis də iki gün öncə verdiyi qərara bu gün əmin ola bilmir. Bakı şəhəri bu gün sürüşür. Bu gün biz sürüşmə problemindən danışırıq. Bəlkə sabah, bəlkə 2 il, bəlkə də 10 il sonra bizim gündəmimiz “Bakı çökür” olacaq”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda böyük sürüşmə təhlükəsi - ekspert xəbərdarlıq edir

Şəbnəm Karslı hesab edir ki, indiki sürüşmə gələcək təhlükənin siqnalıdır. Təhlükəli ərazidən əhali köçürülməsə, zəruri addımlar atılmasa bir neçə ilə müzakirə mövzu sürüşmə yox, Bakının çökməsi ola bilər.

Abutalıbov deyir ki, torpaq satmayıb

Baş nazirin müavini Hacıbala Abutalıbov oktyabrın 15-də AzadlıqRadisouna deyib ki, sürüşmə ərazisindən əhali köçürülür. Ərazidə mütəxəssislər tədqiqat aparırlar:

“Bu təpələr aşağı gəlir, bəlkə evlər də gəldi. Ona görə də bir balaca sakitlik olan kimi ərazidə köçürülmə başlayacağıq. Buraya kanalizasiya sistemi çəkilsə, müəyyən qədər sürüşmənin qarşısını ala bilər. Amma burada tikinti qadağandır”.

İndi ortaya bir sual çıxır:Bu ərazilərdə tikintiyə kimlər icazə verib? Sürüşmə ərazisində tikinti aparılarkən aidiyyatı qurumlar niyə buna müdaxilə etməyiblər?

Hacıbala Abutalıbov modern.az saytına müsahibəsində deyib ki, əhali sürüşmə zonasından köçürüləcək, amma onlara heç bir kompensasiya ödənməyəcək. Çünki tikinti qanunsuz aparılıb. Hacıbala Abutalıbov özünün şəhərə rəhbərlik etdiyi vaxt bu tikintilərə icazə verilməsi ilə bağlı sualı da cavablayıb:

“Birincisi, o torpaqlar dövlət torpağıdır və satılmır. İkincisi, mən 3 gündür ərazidəyəm. 11 evin hamısının sakinlərilə də görüşərək, xəbərdarlıq etmişəm. Hər birinə demişəm ki, bu evlərin hamısı söküləcək. O torpaqları sakinlərə mən Hacıbala Abutalıbov - hansı ki bu, ömrümdə ola bilməz - yaxud bir başqası tərəfindən satsaydı, sözsüz bu 11 nəfərdən biri etiraz edərdi. Çıxıb mənə deyərdi ki, “ay Hacıbala müəllim, siz satıbsız axı”. Bu sözü eşitməmişəm. Çünki belə bir şey olmayıb”.

Hacıbala Abutalovov deyib ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizovun mənə verdiyi məlumata görə, həmin evlər 1990-cı ildə inşa olunmuş tikililərdir.

Sürüşmə zonasında yaşayan sakinlər isə deyirlər ki, Bakıda icazəsiz daşı-daş üstə qoymaq olmaz. Torpaq müvafiq qurumlardan alınıb və evlərini tikiblər.

AzadlqıRadiosu bu barədə paytaxt sakinlərinin də fikirlərini öyrənib:

Sizin brauzer HTML5-i dəstəkləmir

"Hacıbala Abutalıbov birbaşa məsuliyyət daşıyır" - Bakı sakinləri

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə 2018-ci ilin avqustunda Bakının 8 rayonunda 23 sürüşmə zonası qeydə alınıb. Ümumilikdə ölkə üzrə sürüşmə ocaqlarının sayı 99-dur. Son iki ildə sürüşmə ocaqları 2 dəfə artıb. Beləki, 2016-cı ildə nazirliyin geologi planlama ekspedisiyasının rəsmisi Sadiq Əmiraslanov deyib ki, 2016-cı ilin əvvəlində sürüşmə zonaları 50 olub.