Bakıda qumbara partladığı, ölən və yaralananların olduğu deyilir

Məlumata görə, partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Azərbaycan Baş Prokurorlugu ilə Daxili İşlər Nazirliyi bugün, iyulun 27-də Bakıda qumbara partlaması və ölüm halı ilə bağlı açıqlama yayıb.

Rəsmi açıqlamaya görə, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına itaətsizlik göstərərək qaçmağa cəhd göstərib :

"Bu zaman üzərində olan qumbara partlamış, nəticədə M.Ələsgərov ölmüşdür. Avtomaşında olan sərnişin,... 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb".

Məlumata görə, partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb :

"Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir."

Hər iki şəxsin əvvəllər mühakimə edildiyi vurğulanır.

Amma bu məlumata, hələlik, nə saxlanan şəxsdən, onun vəkilindən, nə də Müseyib Ələsgərovun yaxınlarından münasibət öyrənmək mümkün olub.