Dekabrın 10-da Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup insan haqları günü ilə bağlı siyasi məhbuslara dəstək aksiyası keçirib.
Məhbuslara kitablar, açıqcalar, kiçik hədiyyələr toplanıb.
Dəstək kampaniyası sosial şəbəkələrdə də aparılıb.
Azərbaycanda 100-dən artıq siyasi məhbusun olduğu bildirilir.
Azərbaycan hökuməti "siyasi məhbus" anlayışını qəbul etmir. Tutulanların konkret ciinayət əməlinə görə həbs olunduqlarını bildirir.