XV Avropa Gənclər Yay Olimpiya Festifalı başlayıb

XV Avropa Gənclər Yay Olimpiya Festifalı

Bu gün, iyulun 21-də “ Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) start götürüb.

Festival iyulun 27-də başa çatacaq. Yarışlara 48 Avropa ölkəsindən 3 mindən çox idmançı və texniki nümayəndə heyətinin qatıldığı bildirilir. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar.

Azərbaycan millisi festivalda 122 idmançı ilə təmsil olunmalıdır. Ümumilikdə 135 dəst medal sahibini tapacaq.

Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərməlidir.

İyulun 21-də səhər saatlarında artıq, Bakı Tennis Akademiyasında XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında ilk görüşlər başlayıb...

Xatırlatma

Avropa Gənclər Festivalının ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq məqsədilə 1990-cı ildə irəli sürülüb.

Bu Festival 14-18 yaş arası gənc Avropa atletlərindən ötrü çox idman növlü tədbirdir. Birinci Festival 1991-ci ildə Belçika paytaxtı Brüsseldə keçirilib.