Külək ağacı avtomobilin üzərinə aşırıb

Arxif foto

“Yanvarın 4-ü axşam saatlarından sonra başlayan güclü külək şəhərin müxtəlif yerlərində fəsadlar törədib”.
Bunu Bakı Şəhər Bitkiləri Mühafizə İdarsi-ndən bildiriblər.

İdarədən verilən məlumata görə, paytaxtın müxtəlif ərazilərində güclü külək ağacları qırıb.

“Bakının Alatava dalanan hissəsində isə bir ağac minik avtomobilinin üzərinə aşıb, insan xəsarəti olmayıb. Ərazinin təmizlənməsi işi davam edir" deyə İdarədən bildiriblər..