Bakıda yağış, bəzi rayonlarda qar gözlənir

Bakı bulvarı və Alov qüllələri, 31 yanvar 2016

Aprelin 1-də Bakı və Abşeron yarımadasında yağış yağacağı gözlənir. Cənub-şərq küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-6, gündüz 7-10, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bəzi rayonlarında da yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti təxmin edilir.