Bakıda yağış gözlənir

arxiv foto

Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 16-20, gündüz 24-27, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti proqnozlşadırılır.

Sentyabrın 15-də axşam Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan keçəcəyi ehtimalı var. Gecə 13-17, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti təxmin edilir.