Bakı 5 erməni əsiri bir azərbaycanlı əsirə dəyişib

General Muradov

Yanvarın 28-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası məqsədilə Azərbaycan və Ermənistan arasında növbəti əsir dəyişdirilməsi həyata keçirilib.

Bu barədə bəyanatı yanvarın 28-də Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov verib.

Rusiya Müdafiə Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir ki, general Muradovun şəxsi nəzarəti altında Rusiya hərbi hava qüvvələrinin təyyarəsi Bakıya bir hərbi əsir gətirib və Yerevana göyərtəsində 5 əsirlə qayıdıb.

General Muradov deyib ki, Rusiya sülhməramlıları bundan sonra da üçtərəfli razılaşmanın icra olunmasını qətiyyətlə həyata keçirəcəklər. Xəbər təzələnir...