Yanğın söndürülüb
Hadisə yerindən AzadlıqRadiosuna verilən məlumata görə, artıq yanğın tam söndürülüb.
Şahidlərin deməsinə görə, hadisəyə səbəb kimi binanın liftinin şaxtasında başlayan tüstülənmə göstərilir. Rəsmi qurumlar, hələlik, yanğınla bağlı araşdırmalarını davam etdirirlər.
Toksikologiya mərkəzinə aparılanlar var
Səhiyyə Nazirliyindən verilən məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənənlər olub.
«Hadisə nəticəsində ölüm hadisəsi olmayıb. Tüstü nəticəsində zənərlənənlərə yerində tibbi xidmət göstərilib. İki nəfər isə Toksikologiya Mərkəzinə aparılıb»,-Səhiyyə Nazirliyindən bildiriblər.
+++
Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsində yerləşən yeni çoxmərtəbəli binada yanğın başlayıb.
Əraziyə yanğınsöndürən və təcili yardım maşınları gəlib.
Hazırda çoxmərtəbəli binada yanğın davam edir və onun söndürülməsindən ötrü tədbirlər görülür.
AzadlıqRadiosuna hadisə yerindən verilən məlumata görə, xilasedicilər sakinləri binadan çıxarmağa çalışırlar.
Hadisə zamanı tüstüdən zəhərlənənlərə həkimlər yardım edir. Onların arasında uşaqlar da var.