Bakıdakı pis qoxunun 'Sobsan'dakı yanğınla əlaqəsi var?

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda boya zavodunda yanğın

Ötən axşam Bakıda ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən su nümunəsi üzərində aparılan monitorinq və analizlərin nəticələri məlum olub. Nazirlikdən deyilib ki, nəticələrə görə, nümunə yaşımtıl rəngli və bataqlıq qoxuludur: "Onun codluğu 1.8, xlorid ionu 15.5, ammonium ionu 5.3, sulfat ionu 2.5 dəfə çoxdur. Ümumilikdə ionlar normadan 11.6 dəfə çox qeydə alınıb".

Məlumata görə, iyulun 4-də "Sobsan" fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların Böyük Şor gölünə axıdılması ehtimal olunur və bununla bağlı araşdırmalar davam edir.

Sözügedən ehtimalla bağlı "Sobsan" boya fabrikinin direktoru Orxan Allahverdiyev "Qafqazinfo"ya deyib ki, tullantıların Böyük Şor gölünə axıdılmasıyla bağlı ehtimallar doğru deyil: "Məhsullarımızın 90 faizi yanıb. Biz əraziyə qum tökmüşük və təmizləmə həyata keçiririk. Hazırda ərazi palçıqlıdır. Orada tullantı yoxdur. Bundan əlavə, boya kəskin iyə sahib deyil. Buna görə də, ötən gün şəhərdə yayılan kəskin qoxunun boya iyi ilə əlaqəsi yoxdur".