“Bank of Azerbaijan” ləğv edildi

Bank of Azerbaijan

-

Mərkəzi Bank “Bank of Azerbaijan” ASC-nin bank lisenziyasını ləğv edib.

Mərkəzi Bankdan verilən məlumata görə, bankın lisenziyası aşağıdakı səbəblərdən ləğv edilib:

- məcmu kapitalın minimum məbləği tələbinə əməl etmir;

- məcmu kapitalının adekvatlıq əmsalı 3 faizdən azdır;

- kreditorları qarşısında öhdəliklərini icra edə bilmir;

- cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə edə bilmir.

Yanvarın 18-dən banka müvəqqəti inzibatçı təyin edilib.

Mərkəzi Bankı bildirir ki, “Bank of Azerbaijan” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə kompensasiyaların ödənişi həyata keçiriləcək.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əmanətçilər Mərkəzi Bankı məhkəməyə verdilər