"Barcelona" dünya çempionu oldu (FOTOLAR)

"Barcelona" klubu Yaponiyada

Yaponiyada keçirilən klublararası dünya çempionatının qalibi İspaniyanın "Barcelona" klubu olub.
Finalda Argentinanın "River Pleyt" klubunu 3 cavabsız topla yenən katalonlar bu kuboku 3 dəfə alan yeganə komanda olub.
"Barcelona" qələbəni Messinin qolu və Suarezin dublu əldə edib.
Bu qələbəylə Kataloniya təmsilçisi bir neçə rekorda imza atıb. Belə ki, komanda 2015-ci ildə qazanan mükafatlarının sayını beşə çatdırıb. Bununla da iki dəfə bir mövsümdə beş kubok qazanan yegənə klub olub. "Barcelona" həm də bir mövsümdə 6 kubok qazanan (2009-cu il) ilk klubdu. Komandanın hücumçusu Suarez bombardir olmaqla yanaşı, yarımfinalda het-trik etməklə bu çempionatın tarixində ilkə imza atıb. İndiyə qədər heç bir futbolçu klubalarası dünya çempionatında het-trik etməyib.
Üstəlik, "Barcelona" daha bir rekordunu yeniləyib. 2012-ci ildə 64 oyuna 175 qolan vuran komanda bu il 64 qarşılaşmada rəqiblərini 176 dəfə məyus edib.

Lionel Messi və Luis Suarez

Luis Suarez qələbəni qeyd edir

Barcelona dünya çempionudur