ABŞ Prezidenti Co Bayden 430 milyard dollarlıq səhiyyə, iqlim və vergi qanununu imzalayıb. Ölkə tarixində ən böyük iqlim paketinin salındığı bu qanun Baydenin ikiillik prezidentliyi dövrünə möhür vuran hadisələrdəndir.
İnflyasiyanın Azaldılması Aktı (Inflation Reduction Act – IRA) bir ildən çox davam edən siyasi mübahisə və sövdələşmələr nəticəsində mümkün olub. Əsas kömür istehsalçısı olan ştatın təmsilçisi, demokrat senator layihəyə sonda könülsüz razılıq verib.
Paketə atmosferi az çirkləndirən enerji alternativlərinin dəstəklənməsi, yaxud ölkədə istixana qazları emissiyalarının azaldılması daxildir. Bundan başqa reseptlə satılan dərmanlarının qiymətinin salınması, korporasiya və zənginlər üçün vergilərin artırılması nəzərdə tutulur.
Buna da bax: The Washington Post: ABŞ Putini Ukraynaya hücum planından daşındırmağa çalışırdıBayden qanunu imzalamaq üçün tətildən qısa müddətə qayıtmalı olub. Müxalifətdə olan respublikaçılar onu dəstəkləməyib.
“Bu qanun indiyədək iqlim üzrə irəliyə ən böyük addımdır”, – Bayden Ağ evdə imzalama mərasimində deyib.
Prezidentin sözlərinə görə, hər il 13 milyon nəfər tibb sığortada adambaşına ortalama 800 dollar qənaət edə biləcək.
Respublikaçı tənqidçilər qanunun bir çox elementlərini hədəfə alıblar. Onlar deyirlər ki, bu xərcləmə inflyasiyanı cilovlamayacaq, əksinə, sürətləndirəcək.