Ukraynaya verilən ABŞ silahlarından Moskva və ümumiyyətlə Rusiya ərazisinin dərinliklərinin vurulması üçün istifadə olunmayacaq, çünki Vaşinqton Kiyevə belə bir icazə verməyib.
Bunu ABC News telekanalına müsahibəsində ABŞ prezidenti Co Bayden deyib.
Müsahibə iyunun 6-da Fransada, II Dünya Müharibəsi zamanı müttəfiqlərin desant çıxardıqları Normandiyada keçirilən mərasim əsnasında yazılıb.
Bu tədbirdə Bayden və başqa dünya liderləri iştirak edirlər.
Buna da bax: Putin Qərbi düşmənlərinə raketlər göndərməklə hədələyir200 millik məsafə
Müxbir Baydenə belə bir sual verib: “Ukrayna ordusu ötən həftə ABŞ onun verdiyi silahla Rusiya ərazisinin vurulmasına icazə verdikdən sonra, belə zərbələr endiribmi?”
Açıq mənbələrdə olan məlumatlar belə zərbələrin artıq endirildiyini göstərir.
ABŞ prezidenti bu suala birbaşa cavab verməyib və vurğulayıb ki, bu silahlardan “Moskvaya, Kremlə və ümumiyyətlə Rusiya ərazisinin 200 millik (324 kilometr) dərinliyinə” zərbələr endirilməsi üçün istifadə olunmayacaq.
Baydenin sözlərinə görə Ukrayna hərbçiləri bu silahlardan “sərhəd yaxınlığında” istifadə edə bilərlər, belə ki, Rusiya hərbçilərinin də sərhəd yaxınlığında qoşunları var və onlardan Ukraynada “müəyyən hədəflərin” vurulması üçün istifadə olunur.
Buna da bax: Azərbaycanda rus dilinin onlara lazım olacağını bilirlər - PutinPutindən uzun müddətdir ki, narahatdır
Bundan əvvəl Ağ Ev rəsmiləri demişdilər ki, ABŞ silahlarından istifadə icazəsi habelə Xarkovun müdafiəsi üçün verilib.
Onların sözlərinə görə əvvəlki kimi, indi də Rusiya ərazisinə uzaqvuran ATACMS raketləri ilə zərbələr endirilməsinə icazə verilməyib.
Bayden başqa bır suala da birbaşa cavab verməyib. Müxbir soruşub ki, o Putinin ABŞ-ın düşmənlərinə Rusiya silahları verilə biləcəyinə dair bəyanatından narahatdırmı?
Baydenin sözlərinə görə o Putini “düzgün adam kimi tanımır” və onun hərəkətlərindən uzun müddətdir ki, narahatdır.
Müsahibənin tam variantı efirə daha sonra veriləcək.