Yaxın günlərdə Birləşmiş Ştatlar Ukraynaya antiraket sistemləri də saxil 800 milyon dollarlıq əlavə hərbi yardım elan edəcək.
Bunu NATO-nun Madrid sammitindən sonra iyunun 30-da keçirilən mətbuat konfransında ABŞ prezidenti Co Bayden bəyan edib:
"Bizim Ukraynanı tələb olunduğu qədər dəstəkləyəcəyik”.
ABŞ liderinin sözlərinə görə Rusiya qonşu ölkənin ərazisinə hücum etdiyinə görə ağır bədəl ödəyəcək və bu müharibə Ujraynanın məğlubiyyəti ilə başa çatmayacaq.
Finlandiyanın “natolaşması”
Bayden habelə müharibənin indinin özündə Rusiyaya təsirlərindən danışıb.
O deyib ki, Moskva son 15 ildə iqtisadiyyatda əldə etdiyi nailiyyətlərdən məhrum olub. Neft hasilatı sahəsində çətinliklərlə üzləşir, çünki sanksiyalara görə yüksək texnologiyalara çıxışını itirib:
"Ukrayna artıq Rusiyaya güclü zərbə endirib. Rusiya artiq beynəlxalq mövqeyini itirib. Rusiya elə bir vəziyyətə düşüb ki, bütün dünya baxıb deyir: “Siz bütün ölkəni zəbt etmək istədiniz, Kiyevi zəbt etmək istədiniz və uduzdunuz. Siz Donbası ələ keçirməyə çalışdınız və bunu hələ də edə bilməmisiniz”.
Buna da bax: Rusiya qoşunları İlan adasından çıxarılır
Baydenin sözlərinə görə o hələ müharibədən əvvəl Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edərək demişdi ki, “əgər siz Ukraynaya soxulsanız, NATO təkcə daha güclü yox, həm də daha yekdil olacaq”.
ABŞ prezidenti deyib:
"Putin elə bilirdi ki, bizim Alyansımıza ixtilaf sala biləcək. O düşünürdü ki, bizi zəiflədəcək və Alyans zəiflik göstərəcək. O bunun tamamailə əksinə nail oldu. O düşünürdü ki, NATO-nun finlandiyalaşmasına nail olacaq, amma Finlandiyanın natolaşmasına nail oldu”.
O əlavə edib ki, İsveç və Finlandiyanın alyansa dəvətindən sonra NATO-nun sərhədləri daha 800 mil (1287 kilometr) uzanıb.
Buna da bax: Avropa benzin və dizel avtomobillərindən imtina edəcəkMakron: “Rusiya qalib gəlməməlidir”
Fransa prezidenti Emmanuel Makron da bəyan edib ki, bu müharibədə Rusiya qələbə qazanmamalıdır.
Madriddə keçirilən NATO sammitində Fransa lideri deyib ki, alyans müttəfiqləri Moskvadan gələn təhlükəyə qarşı NATO-nun şərq cinahını gücləndirmək barədə razılığa gəliblər.
Makronun sözlərinə görə Rusiyanın Ukraynaya müdaxiləsini NATO təhlükəsi ilə izah etməsi tamamilə əsassızdır.
O əlavə edib ki, Avropa İttifaqı Ukrayna müharibəsinin mümkün iqtisadi nəticələrinin önlənməsi üçün enerji daşıyıcıları bazarında islahat aparmalıdır.
Buna da bax: NATO Rusiyanı 'böyük və birbaşa təhlükə' elan etdiTaxılın daşınması üçün alternativ yollar
Makron Ukrayna limanlarının blokadası nəticəsində ərzağın ixracında yaranmış çətinkliklərdən danışıb.
O bildirib ki, Avropa İttidfaqı taxılın ixracatı üçün alternativ marşrutlar tapmalıdır.
Xəbər verilir ki, Türkiyə və Yunanıstan Ukrayna taxılının daşınması üçün gəmilər göndərməyə hazır olduqlarını bildiriblər.
Hazırda taxılın quru yolu ilə daşınması üzərində Litva və Rumıniya işləyirlər.
Sammitə yekun vuran NATO baş katibi Yens Stoltenberq yığıncağı “tarixi” adlandırıb.
Sammitdə Ukraynaya 400 milyon avroluq yeni yardım paketi qəbul olunub.
Bu sammitdə NATO Rusiyanı “böyük və birbaşa təhlükə” adlandırıb.