Coğrafiya İnstitutu sürüşməyə görə yol tikənləri ittiham edir

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakının Bayıl qəsəbəsindən bu səhər də sürüşmə xəbəri gəlib. Bayıl yolunun Badamdar hissəsində baş verən torpaq sürüşməsi yolu tamamilə bağlayıb. Coğrafiya İnstitutunun hadisə yerində olan əməkdaşları sürüşməyə tikinti qaydalarının pozulmasını, yeni yolların salınmasındakı səhvləri göstəriblər.