Türkiyənin “Baykar Makina” müdafiə şirkəti daha iki yeni dronu sınaqdan çıxaracaq. Bunu şirkətin Baş İcraçı Direktoru Haluk Bayraktar “Reuters”ə deyib.
Bayraktar şirkətinin 13 ölkə ilə ixrac müqaviləsi imzaladığını açıqlayıb. Türkiyə rəsmiləri Afrikadan Avropayadək daha çox potensial alıcının dronların Suriya, Liviya və Dağlıq Qarabağdakı döyüşlərdə rolunu izlədiyini bildirir.
Kreml bu dronlardan Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılara qarşı istifadə olunmasını tənqid edib. Vətəndaş müharibəsinin getdiyi, Misirlə münasibəti yaxşı olmayan Efiopiyaya planlaşdırılan dron satışı isə Qahirənin narazılığına səbəb olub.
Buna da bax: Ukrayna ‘Bayraktar zavodu’ tikəcək?Yeni dronların üstünlükləri
Təhlilçilər Türkiyənin dron proqramının onu dünyada Birləşmiş Ştatlar, İsrail və Çinlə birlikdə dörd aparıcı istehsalçının sırasına qatdığını deyirlər.
TB3 adlı yeni dron Türkiyədə hazırda hazırlanmaqda olan donanma gəmisindən qalxa biləcək.
“Hər kəs dron texnologiyasının döyüş doktrinalarını necə dəyişməsindən danışır… Növbəti hədəflərimizndən biri TCG Anadolu-dan qalxa və ona enə biləcək TB3-dür”, – Bayraktar İstanbulda keçirilən müdafiə sərgisi çərçivəsində agentliyə müsahibəsində deyib.
Buna da bax: Tayvan Qarabağdan nəyi öyrəndi – Qərb mediasıTCG Anadolu Türk Hərbi Dəniz qüvvələrinin yüngül təyyarə gəmisi, konfiqurasiya edilə bilən amfibiya tipli hücum gəmisidir. Gəminin 2022-ci ilin sonunadək Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyi gözlənir.
Gəminin döyüş vertolyotları daşıması planlaşdırılır, amma "Reuters" Türkiyədə bu gəmidən qalxa biləcək təyyarənin olmadığını yazır. Qatlanan qanadlı TB3 qısa donanma zolaqlarından qalxa biləcək.
Bəzi hissələri hazırlanmaqda olan dronun gələn ilk sınaq uçuşundan çıxacağı gözlənir, Bayraktar vurğulayıb.
Ondan sonra isə MUİS adlı pilotsuz döyüş dronu gəlir, ilk uçuşu 2023-cü ilə gözlənir. Dizayn mərhələsində olan MUİS reaktiv dronudur, 1.5 tonadək yük qaldıra biləcək.
Buna da bax: Lavrov deyir ki, Ukrayna Rusiyanı müharibəyə çəkmək istəyirAzərbaycan, Efiopiya, Qırğızıstan
TB2 alan, yaxud almaq istəyən ölkələrə nəzər yetirən “Reuters” yada salır ki, bu dronlar Dağlıq Qarabağ müharibəsində Azərbaycanın Ermənistan tərəfin texnikasını sürətlə sıradan çıxarmasına şərait yaradıb. 2020-ci ilin sentyabrında Dağlıq Qarabağ regionunda döyüşlər başlayanadək Türkiyənin dron və digər hərbi texnika satışı 77 milyon dollar yüksəlib, agentlik yazır.
Dörd raketlə yüklənmiş bu dronlar havada 12-24 saat müddətində qala bilir. Bayraktarın yüksək dəqiqlikli raketləri hədəfi səkkiz kilometr radiusunda vurmaq qabiliyyətinə malikdir.
Məsələdən agah mənbələrin “Reuters”ə dediyinə görə, Efiopiya Türkiyədən Bayraktar TB2 dronları almaq üçün müraciət edib. Sazişlər ehtiyat hissələrə zəmanət verilməsini, təlim məsələlərini də əhatələyə bilər.
Qırğızıstanın silahlı qüvvələri açıqlanmayan sayda dron sifariş edib. Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Qamçıbəy Taşıyev çatdırılmanı gözlədiklərini bildirib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Liviya, Mərakeş, Polşa
Liviyaya gəlincə, Tripolidəki Milli Razılıq Hökuməti 2020-ci ildə TB2 dronlarından istifadə edərək paytaxta hücumu dəf ediblər. Hücum Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Misirin dəstəklədiyi şərq qüvvələri tərəfindən həyata keçirilmişdi.
Mərakeşin yerli mediası sentyabrda Türkiyədən Bayraktar TB2 dronlarının alışının başlandığını yazırdı.
Polşa mayın 22-də elan edib ki, Türkiyədən alınan silahlı dronlar 2022-ci ildə çatdırılacaq.
Buna da bax: Türkiyə dronlarının geosiyasəti dəyişməsi – Qərb mediasıQətər, Türkmənistan, Ukrayna
Qətər Silahlı Qüvvələrində 2021-ci ildən altı TB2 dronu istifadə olunur.
Türkmənistan sentyabrda müstəqilliyin 30 illiyinə həsr olunmuş paradda TB2 platformasını nümayiş etdirib.
Ukrayna isə 2019-cu ildə 12 dronla bağlı razılaşma imzalayıb, əlavə çatdırılma növbəti ilə nəzərdə tutulub. Ukrayna həmçinin 48 dron istehsalı üzrə Türkiyə ilə birgə müəssisə qurur.
Ukrayna silahlı qüvvələri oktyabrın 26-də Rusiyanın dəstəklədiyi separatçıları atəşkəsə vadar etməkdən ötrü dronları işə saldığını bildirib.