Bazar günü də külək əsəcək, dolu düşəcək 

arxiv foto

İyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu gecə 18-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Bazar günü Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacağı təxmin edilir.