Lukaşenkaya sual verən BBC müxbiri Rusiyadan çıxarılır

BBC -sinin üxbiri Sarah Rainsford, arxiv foto

Rusiya Xarici İşlər Nazirliyi Britaniyanın BBC-nin Moskva müxbiri Sarah Rainsfordun iş vizasının müddətini uzatmaqdan imtina edib. Bloomberg xəbər verir ki, jurnalist avqustun 31-dək ölkəni tərk etməlidir.

Rusiya Xarici İşlər Nazirliyi, bunun İngiltərə səlahiyyətliləri tərəfindən Rusiya mediasına qarşı ayrı-seçkiliyə və rusiyalı jurnalistlərə viza verilməsindən imtina edilməsinə cavab olduğunu bildirib.

Amma nazirlik konkret kimdən bəhs edildiyini açıqlamayıb. BBC Rusiya hakimiyyətinin qərarını qınayıb. "Sarah Rainsfordun qovulması, qəti şəkildə qınadığımız media azadlığına birbaşa bir hücumdur" deyə korporasiyanın rəhbəri Tim Davie -nin bəyanatında deyilir.

Avqustun 9-da Sarah Rainsford Lukaşenkanın Minskdəki mətbuat konfransında iştirak edib. Jurnalist İngiltərənin sanksiyaları haqqında soruşduqda, Lukaşenka hirslə, " İngiltərədəki bu sanksiyalarda boğulasınız" deyib və və ingilisləri "Amerika əlaltıları" adlandırıb.

Rainsfordun Lukaşenkanın mülki insanlara qarşı ən şiddətli repressiyalardan sonra legitimliyini itirdiyini düşündüyünü soruşduqda, o, jurnalisti söyüb və həbsxanalarda "Vaşinqton işində " yatan hər kəsi mühakimə etməyə çağırıb.

Jurnalist amerikalı deyil , Böyük Britaniyalı olduğunu xatırladıb. Bu zaman Lukaşenka əsəbi halda “aha, Böyük Britaniyadanmı? Səni tanımırdıq və heç tanımaq da istəmirik.”-deyə bildirib. O, saxlanılan etirazçılara işgəncə verilmədiyini, bunların hamısının Qərb mediasının uydurması olduğunu deyib.

Sarah Rainsford 2000 -ci illərin əvvəllərindən Rusiyada işləməyə başlayıb. O, 2004 -cü ilin sentyabrında silahlıların Beslanda məktəbliləri girov götürməsi zamanı ilk hadisə yerinə yollanan əcnəbi jurnalist olub. Bundan başqa o, İstanbul, Madrid və Havanada çalışıb.

Bu, son on ildə ilk dəfədir ki, Rusiya bir britaniyalı jurnalisti ölkədən çıxarır. 2011 -ci ildə The Guardian -ın Moskvadakı müxbiri Luke Harding ölkəsinə deportasiya edilib. O, Soyuq Müharibə bitəndən sonra Rusiyadan qovulan ilk xarici jurnalist hesab olunur.

2014 -cü ildə amerikalı jurnalist David Sutterin Rusiyaya girişi qadağan edilib. "Gazeta Wyborcza" nəşrinin polşalı müxbiri Vaclav Radziwinowicz 2015 -ci ildə Rusiyandan çıxarılıb.