Yeni müharibəni necə önləməli. 'Yazda qar əriyir...'

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağ erməniləri internet, telefon və işığın kəsildiyini deyirlər

Avropa İttifaqı (Aİ) 2023-cü ilin yanvarında Ermənistan-Azərbaycan sərhədinə yeni missiya göndərəcəyini açıqlayıb. Ötən ilin sentyabrında 300-dək hərbçinin ölümüylə nəticələnmiş sərhəd toqquşmaları yüksək səviyyəli diplomatiya sayəsində irimiqyaslı müharibəyə çevrilmədi. Ancaq hazırda sülh danışıqları axsayır, Bakı daha güclü hərbi mövqedədir və buna görə də toqquşmaların yenidən başlaması riski yüksəkdir. Beynəlxalq Böhran Qrupu yanvarın 30-da açıqladığı hesabatda belə yazır.

“Ermənistanla Azərbaycan arasında yeni müharibənin qarşısını necə almalı” adlı hesabatda deyilir ki, daha bir müharibə nəhəng insan itkiləri ilə sonuclanar, Aİ, Rusiya və ABŞ-nin regionda gərginliyi azaltmaq niyyətinə zərbə vurar, onsuz da təlatümlü Avrasiyada sabitsizliyi gücləndirir. Yeni monitorinq missiyası isə riskin azaldılmasına xidmət edər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Paşinyan 'Laçın dəhlizinə beynəlxalq missiya gəlsin' deyir

Çevik mandat olarsa...

Qurum qeyd edir ki, Brüssel fevralda yerləşdiriləcək ikiillik yeni mülki monitorinq missiyasını adekvat resurslar, eləcə də çevik mandatla təmin etməlidir ki, tərəflər arasında kommunikasiya və əməkdaşlığı həvəsləndirsin. Bakının bu missiya ilə əməkdaşlığına, sərhədin digər tərəfinə çıxış əldə olunmalı, mümkün olarsa, Rusiya sərhədçiləri ilə missiya arasında əlaqə yaradılmalıdır.

Rəsmi Bakı Aİ-nin sərhəd missiyasına qarşı çıxıb, bunun öncədən razılaşdırılmadığını əsas gətirib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etsə də, Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı yerlərə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Buna da bax: Erməni deputat: Moskva Avropaya görə 'qısqanclıq səhnəsi' qurub

Cəsarətli addım

Ötən ilin oktyabrdan dekabrınadək Azərbaycan-Ermənistan sərhədinə Aİ-nin iki aylıq missiyası yerləşdirilib.

“Azərbaycanın daha böyük hərbi üstünlüyü şəraitində, Rusiyanın diqqətinin Ukraynadakı müharibəyə qarışdığı bir vaxtda Bakının danışıqlardan təngə gələrək yeni cəbhə boyunca irəliləməyəcəyinə səbəb azdır. Bu isə iki ölkəni böyük insan itkisiylə sonuclana biləcək müharibəyə sürükləyə bilər. Aİ-nin yeni mülki sərhəd monitorinqi missiyası risklərin azaldılmasına xidmət edəcək cəsarətli və ürəkləndirici addımdır. Missiyanın uğur qazanmasından ötrü ona vasitələr və mandat verilməlidir”, – hesabatda deyilir.

Beynəlxalq Böhran Qrupu Qarabağın taleyinin danışıqlarda əsas məsələ olaraq qaldığını qeyd edir. Yerevan anklav sakinləri üçün xüsusi hüquqlar və qoruma tələb edir. Bakı isə onların statusunu daxili məsələ sayır, ikitərəfli müzakirəsinə qarşı çıxır. Danışıqlarda digər mübahisəli məsələlər Soyuq Müharibə bitəndən bəri heç vaxt tam demarkasiya olunmayan sərhədlər, Ermənistanın cənubundan Azərbaycanın Naxçıvan eksklavına keçməsi nəzərdə tutulan nəqliyyat dəhlizi ilə bağlıdır. Azərbaycan bu yola “Zəngəzur dəhlizi” deyir, Ermənistan isə suveren ərazisindən heç bir ölkəyə dəhliz verməyəcəyini bildirir.

Buna da bax: 'Bakı Vardanyana məhəl qoymadan Arutyunyanla danışmalıdır'

Bakının üstünlüyü

Hesabatda deyilir ki, tərəflər arasında yeni toqquşma ehtimalı hər kəsi düşündürsə də, sentyabr sərhəd toqquşmalarının elə həmin xətt boyunca yenidən baş verməsinə əsaslı risk var.

“Enerji resursları ilə sərvət yığan Bakı öz tərəfinə hərbi güc və inam toplayır. Ermənistan isə 2020-ci il münaqişəsindən sonra silah ehtiyatlarını yenidən doldurmağa çalışır, bu arada onun ənənəvi təhlükəsizlik tərəfdaşı Rusiya silah-sursatını Ukraynadakı müharibəyə yönəldir. Rusiya sülhməramlıları və sərhədçilər də toqquşmaları effektli önləyə bilməyiblər: Onlar 2022-ci ildə Azərbaycanın irəliləməsini dayandıra bilmədilər. Moskva isə aydın şəkildə dedi ki, Bakını, yaxud müttəfiqi Ankaranı özündən uzaqlaşdırmaq istəmir”, – hesabatda vurğulanır.

Qurum bu baxımdan Aİ-nin sərhəd missiyasını yaxşı xəbər sayır. Yerevan KTMT, Bakı isə ATƏT-in müşahidə missiyasını rədd edib. Aİ isə Ermənistanın dəstəyilə missiyanı elan elədi. Ancaq hesabatda vurğulanır ki, Bakı əməkdaşlıq etməsə, missiyanın sərhəd zonasının müəyyən ərazilərinə, eləcə də Azərbaycan ərazisinə çıxışı olmayacaq. Qurum Aİ missiyasının Rusiya sərhədçiləri ilə informasiya mübadiləsini də vacib sayır. Moskvanın missiyaya etirazına baxmayaraq, onun Cənubi Qafqazda gərginliyin azaldılmasındakı maraqları Aİ-ninki ilə üst-üstə düşür.

Buna da bax: Lavrov Azərbaycan və Qarabağ nümayəndələrinin görüşdüyünü deyir

Yerli səviyyədə sakit əməkdaşlıq

“Ərazidəki rusiyalılar yerli səviyyədə müəyyən sakit əməkdaşlığı mümkün sayırlar. Hazırda Rusiyanın Ukraynadakı müharibəsinə sinə gərən qitədə daha bir müharibə təhdidi çox realdır. Tezliklə Cənubi Qafqaz qar əriyəcək, yeni əməliyyatlara yol açılacaq. Yeni döyüş başlamamışdan Brüssel missiyasını yerləşdirməlidir”, – hesabatda vurğulanır.

Azərbaycan XİN Aİ-nin sərhəd missiyasıyla bağlı bildirib ki, “Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir”. Nazirlik qeyd edirdi ki, "Aİ missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir".

Rəsmi Bakı iki aylıq missiyadan fərqli olaraq bu missiyanı təsdiqləməyib. Prezident İlham Əliyev deyirdi ki, oktyabrın əvvəlində Praqa görüşündə 40 nəfərlik missiya üzrə razılıq əldə olunub, sonra bu razılaşma pozulub.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.