"Qanunlar “Quran ayəsi” deyil"
Beynəlxalq qurumların Azərbaycanla bağlı qərarlarının icra mexanizminə dair qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıla bilər. Layihənin dəqiq adı belədir: “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında Konstitusiya Qanunu”.
Milli Məclisdən AzadlıqRadiosu-na deyiblər ki, qanun layihəsi payız sessiyasında qanunvericilik işləri planına daxil edilib. Başqa sözlə, komitələrdə ilkin müzakirədən sonra ümumi iclasa çıxarılacaq. Layihənin müəllifi bitərəf deputat Rəfael Cəbrayılovdur.
Sizin brauzer HTML5-i dəstəkləmir
Qanun layihəsi payız sessiyasında qanunvericilik işləri planına daxil edilib.
O, AzadlıqRadiosu-na müsahibəsində layihənin payız sessiyasının sonunda müzakirə edilməsini istədiyini deyir:
“Konstitusiya Qanunu olduğundan, daha öncə layihənin ictimai müzakirəsinə çalışacağıq”. Onun sözlərinə görə, qanun layihəsi qəbul ediləcəyi halda beynəlxalq qurumların Azərbaycanla bağlı qərarlarının icra mümkünlüyü araşdırılacaq.
Buna da bax: Konstitusiya layihəsinə beynəlxalq rəy veriləcək
- Sizcə, bu işi kim görəcək?
"Bu, Rusiya təcrübəsində var. Söhbət Azərbaycanın ikili standartlardan az əziyyət çəkməsindən gedir".
- Beynəlxalq təşkilat qərarlarının icrasının Azərbaycanda mümkün olub-olmaması məsələsinə Konstitusiya Məhkəməsi aydınlıq gətirməlidir. Bu, Rusiya təcrübəsində var. Söhbət Azərbaycanın ikili standartlardan az əziyyət çəkməsindən gedir. Yəni dövlətlərarası qərarların, əstəğfurullah, Quran ayəsi kimi mexaniki icrasının qarşısı alınır.
- Belə bir dəyişikliyi zəruri edən nədir?
"Qanun layihəsi qəbul ediləcəyi halda beynəlxalq qurumların Azərbaycanla bağlı qərarlarının icra mümkünlüyü araşdırılacaq".
- BMT-nin Dağlıq Qarabağla bağlı dörd qətnaməsi var, onların icrası heç kimi maraqlandırmır. Belə deyək, yatıb yuxusuna da girmir. Ancaq hansısa beynəlxalq təşkilatın marağında olan bir qərarın icrasını Azərbaycandan israrla tələb edirlər. Biz də deyirik ki, filan beynəlxalq təşkilatın qərarının icrasının mümkün sayılıb-sayılmadığını Azərbaycan Konstitusiya Məhkəməsi araşdıracaq. Özü də söhbət bütün qərarlardan getmir, bura ancaq insan hüquq və azadlıqları ilə bağlı qərarlar aiddir. Məqsəd ikili standartların qarşısını almaqdır. Bu məsələnin hüquqi təfsirini verməkdə hüquqşünaslar da əziyyət çəkirlər. Ona görə istəyirəm ki, peşəkar hüquqşünasların iştirakıyla bu məsələnin ictimai müzakirəsi keçirilsin. Beləsi işin xeyrinə olar. Bu, xırda bir bənddir, bir cümlədən ibarətdir.
"Dövlətlərarası qərarların, əstəğfurullah, Quran ayəsi kimi mexaniki icrasının qarşısı alınır".
- Sizcə, bu, Azərbaycan vətəndaşlarının Avropa İnsan Haqları Məhkəməsi qərarlarından yararlanmaq hüququnu məhdudlaşdırmaq mənasına gəlmir? Üstəlik, Azərbaycan tədricən beynəlxalq aləmdən təcrid oluna bilər, axı...
"BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsi var, onların icrası heç kimi maraqlandırmır. Belə deyək, yatıb yuxusuna da girmir".
- Əsla! Əsla belə şey mümkün deyil. Bir də deyirəm ki, Konstitusiya Məhkəməsi beynəlxalq qərarın icrasının mümkünlüyünü araşdıracaq. Yoxsa məqsəd onun qarşısını almaq deyil. Bizim qanunların iyerarxik ardıcıllığında birinci yerdə Konstitusiya gəlir, ikinci yerdə referendumla qəbul edilən qanunlar, üçüncü yerdə beynəlxalq qanunvericilik. Beynəlxalq qanunvericilik adi qanunlarımızdan üstündür. Adi qanunlar beynəlxalq qanunlarla toqquşduqda beynəlxalq qanunlar tətbiq olunacaq. Birinci yerdə Konstitusiya gəlirsə, bütün qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaq səlahiyyəti Konstitusiya Məhkəməsinə verilirsə, o zaman beynəlxalq qərarların yoxlanmasını niyə ona həvalə etməyək? Niyə bu məhkəmə Avropa İnsan Haqları Məhkəməsinin, ATƏT-in bir qolunun qərarını yoxlamamalıdır?
Buna da bax: Konstitusiyaya təkliflər Venesiya Komissiyasına verilməyib
"Özü də söhbət bütün qərarlardan getmir, bura ancaq insan hüquq və azadlıqları ilə bağlı qərarlar aiddir".
- Bu, beynəlxalq təcrübədə Rusiyadan başqa hansı ölkədə tətbiq olunur?
- Belə qanunlar ikili standartlardan əziyyət çəkən dövlətlərin marağındadır. Güclü dövlətlərə bu qanun lazım deyil. Onlar ikili standartlara məruz qalmırlar. Bu, bizim yaralı yerimizdir. Biz beynəlxalq qurumların qərarını şübhə altına almırıq, sadəcə, Rusiya təcrübəsindən yararlanaraq deyirik ki, siz Azərbaycana bu qərarınızla təsir etmək istəyirsinizsə, bizim də sizə qarşı belə rıçağımız var.
- Bəzi həmkarlarınız ilk gündən bu təşəbbüsünüzün əleyhinə çıxmışdılar...
"Güclü dövlətlərə bu qanun lazım deyil. Onlar ikili standartlara məruz qalmırlar".
- Ola bilər. Bir daha vurğulayıram ki, bu, hüquqi baxımdan incə məsələdir. Onun hüquqi təfsirini peşəkar hüquqşünaslar da verməkdə çətinlik çəkirlər. Sadə məsələ deyil.
“Bu, hüquqi dövlət quruculuğunda geriyə addımdır”
Sizin brauzer HTML5-i dəstəkləmir
“Bu, absurd bir qanundur. Məqsəd - Avropa İnsan Haqları Məhkəməsinin (AİHM-in) Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması ilə bağlı qərarlarının icrasına əngəl yaratmaqdır”. Hüquqşünas Müzəffər Baxış sözügedən qanun layihəsindən danışarkən belə deyir.
O, siyasi hakimiyyətin bu yolla özünə “bəraət qazandırmaq istədiyini” söyləyir, ancaq hesab edir ki, bunun “bəraəti yoxdur”:
“Bu qanunun qəbulu Azərbaycanın hüquqi dövlət quruculuğunda geriyə atdığı addımdır. Ölkədə insan hüquq və azadlıqlarının pozulmasını daha da dərinləşdirəcək. Vətəndaşların hüquq və azadlıqları daha çox və aramsız pozulacaq. Hətta AİHM qərarları da Azərbaycanda icra edilməyəcək”.
Buna da bax: Azərbaycanda qanun zəiflər üçündür? («Borc və Azadlıq» silsiləsindən 3-cü yazı)
"Bu, absurd bir qanundur. Məqsəd - Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrasına əngəl yaratmaqdır"
“Son zamanlar hökumət bu qərarları icra etməsə də...”
Azərbaycan 2002-ci ildən AİHM yurisdiksiyasındadır. Müzəffər Baxışın sözlərinə görə, həmin vaxtdan Avropa Konvensiyasının insan hüquqları və azadlıqları haqda müddəaları Azərbaycana öhdəliklər yaradır. Həmin öhdəliklərə görə, daxili müdafiə vasitələri bitəndən sonra Azərbaycan məhkəmələri qərarlarından AİHM-ə şikayət verilə bilər.
“Bu qanunun qəbulu Azərbaycanın hüquqi dövlət quruculuğunda geriyə atdığı addımdır".
Müzəffər Baxışın fikrincə, “Son zamanlar hökumət bu qərarları icra etməsə də... həbsdəki REAL sədri İlqar Məmmədov və başqa şəxslərlə bağlı qərarlar yerinə yetirilməsə də, AİHM Azərbaycan vətəndaşlarının son ümid yeridir”.
Rusiyada qəbul edilən bir çox qanunun burda da olduğu kimi qəbul və tətbiq edildiyini yada salan hüquqşünas sözügedən qanun layihəsinin də Azərbaycanda qəbulunu mümkün sayır.