Beyrutda etirazlar davam edir

Beyrutda etiraz aksiyası , 18 yanvar, 2010

Beyrut polisi parlamentin önündə keçirilən aksiyanı dağıdarkən gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edib.

AP agentliyi azı 144 nəfərin xəsarət aldığını xəbər verir.

Beynəlxalq Qırmızı Xaç Təşkilatı və Livan mülki müdafiə xidmətinin məlumatına görə onlardan 47-i xəstəxanaya götürülüb.

Ö z növbəsində nümayişçilər polisi “daşqalaq “ediblər.

Məlumata görə, ətraf küçələrdə ordu qüvvələri də yerləşdirilibmiş. Amma nümayhişçilər onları alqışlamaq istəyəndə ordu bir neçə dəqiqədən sonra geri çəkilib və bundan sonra polislə toqquşma baş verib.

Şənbə günü-yanvarın 18-də baş verən toqquşmalarda isə 400-ə yaxın adam xəsarət alıb,onlardan 120-i xəstəxanaya düşüb.

Həmçinin təhlükəsizlik qüvvələrinin komandanlığı 140-dan çox hərbçinin xəsarət aldığını xəbər verir.

Livandakı etirazlara səbəb ölkədəki iqtisadi böhrandır. Etirazçılar ölkədə iqtisadi islahatlar aparılmasını tələb edirlər.

Buna da bax: Livanda yenidən etiraz aksiyaları başlayıb