Avqustun 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz onun şimal-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 21-24, gündüz 28-31, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir.Lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var.
Gecə 20-25, gündüz 30-35, dağlarda gecə 14-19, gündüz 21-26 dərəcə isti təxmin edilir.