Bəzi rayonlarda yağış gözlənilir

Yağış

Noyabrın 18-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənir. Səhər və axşam bəzi yerlərdə çiskin olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 7-10, gündüz 14-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti proqnozlaşdırılır.

Noyabrın 18-də Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənilmir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var. Gecə 6-11, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti , gündüz 3-7 dərəcə isti təxmin edilir.