Bayden və Makron silah ticarəti qaydalarını müzakirə ediblər

Biden(sol) və Macron

ABŞ prezidenti Joe Bidenlə Fransa prezidenti Emmanuel Macron son vaxtlar iki ölkə arasında silah satışı ilə bağlı yaranmış problemləri müzakirə ediblər. Dövlət başçılarının görüşdən sonra Beynəlxalq Silah Ticarəti Qaydalarına (İTAR) mümkün düzəliş açıqlanıb.

İki prezident oktyabrın 29-da Romada keçirilən görüşdə silah ixracı qaydalarının dəyişdirilməsini nəzərdən keçirmək barədə razılığa gəliblər.

Bu yaxınlarda silah satışı ilə bağlı ABŞ , Avstraliya və Böyük Britaniya arasında əldə edilmiş razılaşma Fransada inciklik yaradıb.

Beləki bu üç dövlət Fransa və Avstraliya arasında əvvəllər bağlanmış müqaviləni pozan bir müqavilə bağlayıblar.

Söhbət Avstraliya silahlı qüvvələri üçün fransız sualtı qayıqlarının tikintisi və təchizatını nəzərdə tutan müqavilədən gedir. Üç ölkənin razılaşması Fransa üçün vacib olan bu müqavilənin qarşısı alıb.

Məlumata görə, görüşdən sonrakı birgə bəyanatda prezidentlər müdafiə ticarəti üzrə ABŞ-Fransa strateji dialoquna başlamaq niyyətində olduqlarını bildiriblər. İki ölkə hökumətləri müdafiə təyinatlı məmulatların ixracı qaydaları ilə bağlı addımlar atmağa söz veriblər.

“Amerikanın Səsi" yazır ki, Fransa, ABŞ-ın Beynəlxalq Silah Ticarəti Qaydaları (İTAR) kimi tanınan qanunlar paketindən narazıdır və onlar Vaşinqtona xaricdə istehsal olunan silahlarda ABŞ komponentlərinin təkrar ixracını əngəlləməyə imkan verir.