Joe Biden: Nyu-Yorkun qubernatoru istefa verməlidir

Joe Biden-ABŞ prezidenti

Reütersin avqustun 3-də yaydığı məlumata görə, Nyu-York məhkəməsi , onun bir neçə qadına qarşı seksual zorakılıq etməsi barədə faktlar ortaya çıxarıldığını bəyan edib.

ABŞ prezidenti Joe Biden bildirib ki, seksual qısnamada ittiham olunan Nyu-Yorkun qubernatoru Endryu Kuomo (Andrew Cuomo) istefa verməlidir.

Bu barədə avqustun 3-də Reüters agentliyi məlumat yayıb.

Qubernator 11 qadına qarşı seksual zorakılıq və ya qısnamada ittiham olunur.

“Hesab edirəm ki, o istefaya getməlidir”, Biden Ağ evdə jurnalistlərə açıqlamasında deyib.

Bundan əvvəl Nümayəndələr Palatasının sədri Nancy Pelosi də qubernatoru istefa verməyə çağırıb.

ABŞ Nümayəndələr Palatasının sədri Nancy Pelosi

Reütersin məlumatına görə, Nyu-York məhkəməsi bundan əvvəl , onun bir neçə qadına qarşı seksual zorakılıq etməsi barədə faktlar ortaya çıxarıldığını bəyan edib.

Azadlıq Radiosunda olan məlumata görə, bunu prokuror Litisia Ceyms (Letitia James ) elan edib.

Prokuror, qubernator Kuomo-nun yerli federal qanunları pozduğunu elan edib.

Nyu-Yorkun qubernatoru Andrew Cuomo

Ötən il, öz öfisinin əməkdaşı da daxil olmaqla, bir neçə qadın Endryu Kuomonu seksual qısnama ittihamı ilə məhkəməyə verib. Amma o, ittihamları rədd edir və istefa verməkdən də imtina edib.

Demokrat partiyasından olan bir neçə partiyadaşı da bundan əvəl onu bu qalmaqala görə, istefa verməyə çağırmışdılar.

Bir ay idi ki, bu işlə bağlı istintaq aparılırıdı.

Bu müddət ərzində, şikayyətçilər və onun ofisinin əməkdaşları da daxil olmaqla 200-ə yaxın adam dindirilib. Bu müddət ərzində 10 minlərlə sənəd, foto və yazılı ifadələr araşdırılıb.