Dəmir yoluna bilet satışı dayanıb

Dəmir yolunda kassalar bağlanıb, 1 yanvar 2015

.

Yanvarın ilk günündə Bakıda Dəmir Yolu Vağzalında bilet satışı dayanıb. Kassaların qarşısına toplaşan sərnişinlər AzadlıqRadiosunun əməkdaşlarına deyiblər ki, nə kassalardan, nə də internet saytından bilet ala bilmirlər.

İşarələnmiş yerdə əvvəllər biletlərin online satışı üçün bölmə olub.

Vağzal rəsmiləri sərnişinlərə bileti internet saytından almağı məsləhət görsələr də saytda biletlərin satışına dair bölmə də işləmir.

Amma vağzalda bileti rəsmi qiymətindən baha satan möhtəkirlərə də rast gəlinir. Məsələn, əvvəllər qatara plaskart yerə rəsmi qiyməti 5 manat 50

Dəmir yolu vağzalında bilet almağa cəhd edəön sərnişinlər.

qəpik olan biletləri möhtəkirlər vağzalda 7 manata, əslində 8 manat olan “kupe”yə biletləri isə 10 manata təklif edirdilər.

Hələlik bu problemlə Dövlət Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətindən hər hansı reaksiya ala bilməmişik. Ona görə bileüt satışının niyə dayanması,

Dəmir yolu vağzalında bilet almağa cəhd edəön sərnişinlər.

vəziyyətin neçə gün belə davam edəcəyi barədə məlumat ədlə etmək mümkün olmayıb.

Amma Yeni il ərəfəsində bu cəmiyyətin rəsmiləri bildirmişdilər ki, bayramla əlaqədar sərnişinlərin sayı çoxaldıqca qatarlara əlavə vaqonlar qoşacaqlar. Cəmiyyətin sözçüsü sərnişinləri səfərlərini əvvəlcədən planlaşdırıb biletləri öncədən almağa çağırmışdı.