Vaşinqton Bin Ladenin oğlu barədə informasiyaya 1 milyon dollar mükafat təyin edib

Hamza bin Ladenin Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən dərc olunmuş fotosu

Birləşmiş Ştatlar əl-Qaeda terrorçu təşkilatının öldürülmüş lideri Osama bin Ladenin oğlunun “yerinin müəyyənləşdirilməsinə” imkan verəcək informasiya üçün 1 milyon dollaradək mükafat təyin edib.

ABŞ Dövlət Departamentinin fevralın 28-də verdiyi bəyanatda deyilir ki, “Hamza bin Laden mərhum əl-Qaeda lideri Osama bin Ladenin oğludur və əl-Qaedanın bölüm liderinə çevrilməkdədir. O davamılarını Birləşmiş Ştatlar və onun Qərb müttəfiqləri üzərinə hücumlara çağıran audio və video mesajlar yayıb və 2011-ci ilin mayında ABŞ hərbi qulluqçuları tərəfindən öldürülmüş atasının qisasını almaq üçün Birləşmiş Ştatları hücumlarla təhdid edib”.

Birləşmiş Ştatlar Əfqanıstana 2001-ci ildə müdaxilə edib, çünki Taliban hökuməti Birləşmiş Ştatların üzərinə 3000 minədək insanın ölümü ilə nəticələnmiş 11 sentyabr terror hücumlarını təşkil etmiş əl-Qaedanı və ata bin Ladeni himayə edirdi.

Bundan sonra Taliban hökuməti devrilmiş və Bin Laden Pakistanın Abbotabad şəhərində gizlənmişdi. O 2011-ci ildə qaldığı evə keçirilən reydin gedişində öldürülüb.

Hamza bin Ladenin mümkün gizlənmə yerinə dair şayiələrdə Pakistan, Əfqanıstan, Suriya və İranın adları çəkilir.

2018-ci ildə açıqlanmış BMT hesabatında deyilirdi ki, “Əl-Qaeda, görünür rəğbətlilərinin sıralarını gənclərin hesabına genişləndirmək məqsədilə Hamza bin Laden kimi yeni liderlərin yetişməsinin təbliğatını davam etdirir”.

2016-cı ildə yayılmış videoda Hamza bin Laden Birləşmiş Ştatlardan atasına görə qisas alacağı ilə hədələyirdi:

"Əgər düşünürsünüzsə ki, Abbotabadda törətdiyiniz günahlı cinayət cəzasız qalıb, onda səhv edirsiniz”.