Qərar verildi. Bakıda 1100 bina söküləcək

İllüstrasiya

►Bakıda köhnə tikili qalmayacaq

Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarındakı köhnə binaların hamısı söküləcək.

Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. Qərar fevralın 25-dən qüvvəyə minib.

Bu qərarla sözü gedən rayonlarının icra hakimiyyətlərinə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, şəhərsalma normalarına cavab verməyən binalar barədə tapşırıqlar verilib.

Qərara görə, 1100-ə qədər bina söküləcək. Həmin binalarda üst-üstə 50 mindən çox insan yaşayır.

FORUMDA FİKRİNİ DE - KÖHNƏ BİNALARIN SÖKÜLMƏSİNƏ NECƏ BAXIRSAN?

Nazirlər Kabinetinin qərarı icra hakimiyyətlərinin üzərinə qeyd olunan binaların sökülməsi və yenidən qurulması, ərazi planlaşdırılma sənədlərinin hazırlanması vəzifəsi qoyur.

İcra hakimiyyətləri binaların sökülməsi, əhalinin məskunlaşması, kompensasiya ilə təmin olunmaları və yeni binaların tikilməsi ilə bağlı bütün prosedurları həyata keçirməlidir

İcra hakimiyyətləri hazırlanan layihələri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmalıdır.

Buna da bax...

Sizin brauzer HTML5-i dəstəkləmir

Zığda evlər sökülür

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________