Oktyabrın 20-də Türkiyənin keçmiş baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycanda qəzaya düşüb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca Tvitterdə bildirib.
Nazir vurğulayıb ki, Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüblər.
Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib. Hazırda onların və sürücünün səhhətinin normal olduğu bildirilir.
Türkiyənin Sabah qəzetinin məlumatına görə, qəzaya avtomobilin ön təkərinin partlaması səbəb olub.
Hələlik, bu versiyanı Azərbaycan və Türkiyənin hüquq-mühafizə orqanları təkzib etməyiblər.
Buna da bax: Türkiyə prezidenti Azərbaycana gəlibOktyabrın 20-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan geniş heyətlə Azərbaycanda səfərdə olub.
O Azərbaycan prezidenti ilə birgə Zəngilan Beynəlxalq Hava Limanının və başqa bir sıra obyektlərin açılışında iştirak edib.
Türkiyə prezidenti bu səfərdə deyib ki, təmsil etdiyi ölkə Qarabağdakı bütün layihələrdə Azərbaycanın yanında olmağa hazirdır.