BMT-də Rusiya üzrə xüsusi məruzəçi postu təsis edilir

BMT İnsan Haqları Şurasının iclası

Beləliklə tarixdə ilk dəfə olaraq belə bir qərar BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkə barəsində çıxarılıb

BMT-nin İnsan Haqları Şurası Rusiyada insan haqları pozuntuları üzrə xüsusi məruzəçi vəzifəsini təsis edəcək.

Oktyabrın 7-də bu qərara Şuranın 17 üzvü səs verib. Şura üzvlərindən 6-sı qərarın əleyhinə çıxıb, qalan üzvlər səsvermədə bitərəf mövqe tutublar.

Beləliklə tarixdə ilk dəfə olaraq belə bir qərar BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkə barəsində çıxarılıb.

Xəbərdə deyilir ki, qərarın verilməsinə səbəb uzun illərdir Rusiyadan gələn və beynəlxalq reaksiya tələb edən insan haqları pozuntuları barədə məlumatlardır.

BMT İnsan Haqları Şurası əsas diqqətini Rusiyada fevralın 24-dən sonra ordu barədə saxta və onu gözdən salan məlumatlar haqqında bir sıra yeni qanunların qəbuluna yönəldib.

Şura bildirir ki, bu qanunlar söz azadlığını məhdudlaşdırır və hüquq müdafiəçilərinin geniş təqibinə yol açır.

Rusiya üzrə xüsuisi məruzəçi bu ölkədə insan haqları pozuntularını qeydə almalı, vətəndaş cəmiyyəti ilə işləməli və vəziyyət barədə beynəlxalq təşçkilatlara məlumat və tövsiyələr verməlidir.

Lakin Rusiya hakimiyyətinin və rəsmilərinin xüsusi məruzəçi ilə əməkdaşlıq edib-etməyəcəyi hələki məlum deyil.

OVD-Info bildirir ki, BMT-nin Cenevrədəki orqanlarının rusiyalı nümayəndələri belə bir postun təsis edilməsi təşəbbüsünü “qəribə” adlandırıblar.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda etirazçılar Rusiya qüvvələrinin Qarabağdan çıxarılmasını tələb ediblər

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Gennadi Qatilov deyib ki, “ABŞ-ın uydurmaları üzərində qurulmuş bu qətnamədən məqsəd Rusiya üzərinə ittihamlar yağdırmaqdır”.

Şuranın növbəti sessiyalarında Rusiya üzrə xüsusi məruzəçi vəzifəsinə namizəd müəyyən edilməlidir.

Bu il aprelin 7-də Ukraynanın Buça şəhərində dinc sakinlərin öldürülməsi barədə faktlar üzə çıxdıqdan sonra, BMT Baş Assambleyası Rusiyanın Şuradakı iştirakını dayandırıb.