Boeing korporasiyasının indiki və keçmiş direktorları bir səhmdarın məhkəmə iddiası üzrə 225 milyon dollarlıq razılaşma əldə ediblər. İddiaya görə, təyyarə şirkətinin idarə heyəti 737 MAX-la bağlı təhlükəsizlik məsələlərinə yaxşı nəzarət etməyib. Xəbəri “The Wall Street Journal” yayıb.
Qəzet noyabrın 4-də məsələdən agah şəxslərə istinadla yazıb ki, razılaşmada direktorlar, eləcə də korporasiyanın Baş İcraçı Direktoru Deyvid Kalhun tərəfindən hər hansı nöqsanın etirafı nəzərdə tutulmur.
Buna da bax: Boeing 747 təyyarələri istismardan çıxarılırFAA ilə münasibətlər yenidən qurulsa da...
‘Bəxtsiz’ 737 MAX-ın hazırlanması və uğradığı iki qəza vaxtı Kalhun idarə heyətinin üzvü idi. 2018 və 2019-cu illərdə iki qəza zamanı üst-üstə 346 nəfər həlak olub.
Razılaşmanın maddi hissəsi direktorların sığortaçıları tərəfindən korporasiyaya ödənəcək.
Qəzalardan sonra şirkət idarə heyəti və menecmentində, təhlükəsizlik məsələlərinin idarə olunmasında dəyişikliklər edib.
Buna da bax: Boeing 737 MAX təyyarələrində yeni problemlər aşkarlanıbBoeing bildirib ki, Federal Aviasiya Administrasiyası (FAA) ilə münasibətlərin bütün aspektlərində tam şəffaflıq və əməkdaşlığa sadiqdir.
FAA rəhbəri Stiv Dikson noyabrın 3-də ABŞ Konqresinin komitəsinə qeyd edib ki, 737 MAX-ın iki qəzasından sonra Boeing “daha çox iş görməlidir”.
“Boeing iki il öncə olduğu kimi deyil, amma daha çox iş görülməlidir. Boeing ilə münasibətləri müəyyən şərtlər əsasında yenidən qurmuşuq”, – Dikson Senatın Ticarət Komitəsində bildirib.