Alman iqtisadçı: "Dünya böhran ərəfəsindədir"

Almaniyanın nüfuzlu İfo institutunun rəhbəri Alman televiziyası SWR-ə müsahibəsində deyib ki, koronavirus böhranı Almaniyada tənəzzülə səbəb olacaq.

İqtisadçı Clemens Fuest jurnalistlərə bildirib ki, onun fikrincə, dünya iqtisadi böhran astanasındadır və bəzi göstəricilər hətta 2008-ci il böhranını xatırladır.

O bildirib ki Almaniya hökuməti qısa müddətli iş icazə təmin etməklə doğru addım atıb, amma irəlidə görüləcək başqa xeyli iş var.